Marneulidə azərbaycanlı gəncin qətli ilə bağlı saxlanılan 11 nəfərlə bağlı qərar verildi

Gürcüstanın Marneuli şəhərində 11 nəfərin işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, yalan ifadə vermə, qrup şəklində xuliqanlıq və ictimai asayişi pozma ittihamı ilə saxlanılan şəxslərdən 7-si şərti cəza ilə azadlığa buraxılıb, digər 4 nəfər barəsində isə 6 aylıq həbs qərarı çıxarılıb.
Xatırladaq ki, aprelin 21-də Kvemo Kartli Polis İdarəsi və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı 11 nəfər saxlanılıb. Daha bir nəfər barəsində isə sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktı ilə bağlı qiyabi ittiham irəli sürülüb və həmin şəxs hazırda axtarışdadır.
"TV Pirveli" telekanalının məlumatına görə, həyata keçirilən xüsusi əməliyyat bu il aprelin 2-də qətlə yetirilən 20 yaşlı azərbaycanlı Ümid Bayramovun toy günündən bir gün əvvəl - "ciyər axşamı" törənində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı olub.
Televiziyanın məlumatına əsasən, saxlanılan şəxslər hadisə ilə bağlı yalan ifadələr verib və istintaq prosesinə mane olublar.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












