Marşrut avtobuslarında kondisionerin işləməməsinə dair şikayətə RƏSMİ REAKSİYA - FOTO

Bakıda bəzi marşrut avtobuslarında kondisionerlərin işləməməsi sərnişinlərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşımlar edilib.
İddialara görə, Sumqayıt və Saray istiqamətində hərəkət edən 500, 503 və 508 nömrəli marşrut avtobuslarında kondisionerlər işləmir. Bu səbəbdən sərnişinlər isti və havasız salonlarda hərəkət etmək məcburiyyətində qalırlar.
Qeyd olunub ki, bu vəziyyət bəzən sürücülərlə sərnişinlər arasında mübahisələrə səbəb olur.



"Marşrut avtobusunda kondisionerin işləməməsində sükan arxasında olan sürücünün məsuliyyəti yoxdur. O da sərnişinlər kimi havasız və isti salonda işləməyə məcburdur. Lakin sərnişinlərin əsəbləri tarıma çəkildikdə günahkar kimi sürücünü görürlər. Nəticədə lazımsız mübahisələr yaranır ki, bu da həm sürücünün diqqətini yayındırır, həm də sərnişinlərin təhlükəsizliyinə risk yaradır", - paylaşımda bildirilib.
Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, bu qurumun istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz ediliblər:
"500, 503 və 508 nömrəli xətlərdə kondisioner sistemi hazırda işlək vəziyyətdədir. Sorğuda qeyd olunan məsələ ilə bağlı bildiririk ki, 500 nömrəli xətt üzrə bir avtobusda kondisionerlə bağlı texniki nasazlıq olub, lakin həmin problem artıq aradan qaldırılıb. Bununla yanaşı, sürücü ilə sərnişin arasında hər hansı mübahisənin olması ilə bağlı "BakuBus" MMC-yə məlumat daxil olmayıb.
"BakuBus" MMC-nin istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz ediliblər. 2 iyun tarixindən etibarən avtobuslarda kondisioner sistemləri yay rejiminə uyğun olaraq aktivləşdirilib və fasiləsiz fəaliyyəti təmin olunur. "BakuBus" MMC tərəfindən hər gün xəttə orta hesabla 1 090 avtobus buraxılır. Gün ərzində intensiv istismar olunan bu qədər sayda nəqliyyat vasitəsi arasında ayrı-ayrı hallarda texniki nasazlıqların yaranması istisna edilmir. Bununla belə, hazırda xəttə çıxan avtobusların 90 faizində kondisioner sistemləri tam işlək vəziyyətdədir.
Kondisioner sistemi də daxil olmaqla hər hansı texniki nasazlıq aşkar edildiyi halda sürücü dərhal Monitorinq Mərkəzinə məlumat verir. Müraciət operativ qaydada qiymətləndirilir, marşrut üzrə sərnişindaşımanın fasiləsizliyinin təmin edilməsi məqsədilə isə mövcud vəziyyət və ehtiyat avtobusun mövcudluğu nəzərə alınmaqla nəqliyyat vasitəsinin əvəzlənməsi həyata keçirilir.
Sərnişinlərdən xahiş edirik ki, kondisioner sisteminin fəaliyyəti ilə bağlı hər hansı narahatlıqla qarşılaşdıqları halda marşrut nömrəsini, avtobusun dövlət qeydiyyat nişanını, hərəkət istiqamətini və mümkün olduqda vaxtı qeyd etməklə "BakuBus" MMC-yə müraciət etsinlər. Daxil olan müraciətlər operativ şəkildə araşdırılır və zəruri tədbirlər görülür".
Bakıda zibil yeşikləri yandı; 4 avtomobil bu hala düşdü - FOTO
Müəllimi motosikletlə vurub günahı onun üstünə yıxmağa çalışdı – 1,7 milyon istəyir - VİDEO
Samuxda yük maşını çaya aşdı; Ölən və xəsarət alanlar var
Səkidə yıxılıb ağır xəsarətlər aldı - Şəhər rəhbərliyindən 35 milyon tələb edir
Türkiyədə taksi tətbiqində dəhşət iddiası: "Mənə toxundu, etiraz edəndə məni magistral yolda düşürdü" - VİDEO
Binəqədidə yoldakı təhlükəli çuxur sürücünü maddi ziyana saldı - VİDEO
İstinin təsirindən Eyfel qülləsi böyüdü - FOTO
Ukrayna iki şəhəri birləşdirən körpünü MƏHV ETDİ - FOTO
DSK yolunda güclü yanğın – FHN əraziyə cəlb olundu - VİDEO
Bakıda qeyri-adi hadisə: "Prius" pilləkənlərdən asılı qaldı - VİDEO
Yaşlı qadın avtomobilin qarşısına qaçdı - Sürücü son anda faciənin qarşısını aldı - VİDEO










