Masallıda külli miqdarda mənimsəmədə ittiham olunan vəzifəli şəxslərə hökm oxunub

Külli miqdarda dövlət vəsaitini talamaqda təqsirləndirilən Məhərrəm Əliyev, Qurbanxan İsgəndərov və Yaşar Heydərov cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Məhərrəm Əliyev 2 il sınaq müddəti təyin olunmaqla şərti, Qurbanxan İsgəndərov 2 il 1ay 5 gün həbs, Yaşar Heydərov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Qurbanxan İsgəndərov barəsində cəza ev dustağlığı müddətindən hesablanıb və cəzası çəkilmiş hesab edilib. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib. Bildirilib ki, təqsirləndirilən şəxslərin dövlətə vurduğu ziyanın böyük hissəsi ödənilib. İş üzrə dəymiş ümumi ziyan 66472,17 manat hesablanıb. İstintaqla Məhərrəm Əliyevin 24.08.2022-ci il tarixdən 31.10.2023-cü il tarixədək Masallı rayon MKTİB-nin rəisi vəzifəsində işlədiyi müddətdə qurumun baş mühasibi Qurbanxan İsgəndərov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 73 min manatdan artıq büdcə vəsaitini “Məhəmməd-2022” MMC-nin direktoru Yaşar Heydərovun köməkliyi ilə mənimsəməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Məhərrəm Əliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda törədilməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), Qurbanxan İsgəndərova və Yaşar Heydərova isə həmin Məcəllənin 32.5, 179.2.3, 32.5, 179.2.4, (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmədə köməkçi) 308.1, 313-cü və digər maddələri ilə ittiham edilib.
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












