Masallıda vəzifəli şəxslər it yeminin pulunu da mənimsəyiblər

Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) yeyintidə ittiham olunan vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
İş üzrə üç nəfər - MKTİB rəisi Məhərrəm Əliyev, qurumun baş mühasibi Qurbanxan İsgəndərov və şirkət rəhbəri Yaşar Heydərov mühakimə edilib. Onlar üçü də azadlıqdadır.
İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər onlara etibar edilmiş 73 min manatdan artıq dövlət vəsaitini mənimsəyiblər. Həmin pullar müxtəlif adlarla silinib. Məsələn, süpürgəçilərin maaşı, çayxana tikilişi və sair.
Amma ən maraqlı epizod isə başqadır. İş materiallarına əsasən, 73 min manatın 11 min 840 manatı sahibsiz itlərə yem alınması adı ilə “oğurlanıb”. Bu vəsait ayrı-ayrı vaxtlarda Yaşar Heydərovun şirkətinə köçürülüb. Amma küçə itlərinə həmin pullardan yem çatmayıb.
Məhkəmə istintaqı vaxtı bir çox ittihamlar sübut edilsə də, təsdiqini tapmayan bəzi epizodlar da olub. Bu da yekunda nəzərə alınıb. Həmçinin təqsirləndirilən şəxslər dəymiş ziyandan 35 min 380 manatını geri ödəyiblər.
Bunlara əsasən, təqsirləndirilən şəxslər üçü də azadlıqda qala biliblər. Onlardan M.Əliyevə şərti, Y.Heydərova azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Qurbanxan İsgəndərovun isə ev dutaqlığında keçirdiyi müddət yetərli sayılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












