Masazırda məktəblilər gölləri birləşdirib sosial şəbəkədə yaydı - VİDEO

Abşeron rayonunda qeyri-adi hadisə baş verib. Məktəblilərin etdiyi hərəkəti çəkərək sosial şəbəkələrdə paylaşmaları birmənalı qarşılanmayıb.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər izləyənləri təəccübləndirib. Belə ki, bir qrup gəncin Masazır qəsəbəsi ərazisində yerləşən iki ayrı gölü torpaq sahəsini qazaraq birləşdirdiyi iddia olunur.
Kadrlardan görünür ki, göllər arasında olan torpaq zolağı texniki vasitələr olmadan, əl ilə qazılaraq aradan qaldırılıb və nəticədə su hövzələri birləşdirilib. Hadisənin hansı məqsədlə həyata keçirildiyi və bunun hansı nəticələrə səbəb ola biləcəyi isə müzakirə mövzusuna çevrilib.
Mütəxəssislər bildirirlər ki, bu cür müdaxilələr ekoloji baxımdan ciddi risklər yarada bilər. Su hövzələrinin süni şəkildə birləşdirilməsi suyun səviyyəsinə, keyfiyyətinə və ətraf mühitə mənfi təsir göstərə, həmçinin torpaq sürüşməsi və digər fəsadlara yol aça bilər.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












