Məcburi köçkün 30 il yaşadığı evi dağıtdı - İDDİA - VİDEO

Ağdamdan olan məcburi köçkün ailəsinin 30 il yaşadığı evdən çıxmaq üçün sahibindən 20 min manat tələb etdiyi, pul verilmədiyi üçün isə evi sökərək yararsız hala saldığı iddia olunub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ev sahibi sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, 1993-cü ildə Ucar rayonunda yerləşən "Azərittifaq"dan qalma quşçuluq fermasındakı evini Ağdamdan olan məcburi köçkün Vəli Haqverdi oğlu Əfəndiyevə yaşamaq üçün verib.
Vurğulanıb ki, məcburi köçkün ailəsi bu yaxınlarda evi və fermanın bir hissəsini, ona məxsus sexi sökərək dağıdıb, texnikanı isə satıb:
"Dedi ki, 20 min manat verməsən, erməni necə Ağdamı dağıdıbsa, mən də buranı dağıdacağam. Gedəndə də sökdülər. Transformatorumu, yem aparatımı satıblar, sexi dağıdıblar. Fermamda heç nə qalmayıb. Otaqlara baxın, görün nə günə qoyublar. Hamısını traktorla qəsdən söküblər. 30 il yaşamısan burada, nəyə görə sökürsən? Döşəmələri linglə deşiblər. Evin damını traktorla qopardıblar ki, sonradan burada yaşamaq mümkün olmasın. 20 ağacımı da kəsiblər".
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












