Məktəbə silahlı hücum edildi - Yaralılar var - Qardaş ölkədə - VİDEO - YENİLƏNİB

Türkiyənin Manisa şəhərinin Turqutlu rayonunda lisey qarşısında baş verən silahlı hücum nəticəsində yaralananların sayı artıb.
Bu barədə Avtosfer.az NTV-yə istinadən məlumat verir.
Qeyd edilib ki, silahlı insident nəticəsində 11 şagird yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Həmçinin hücum edən şəxsin anası, atası və babası da saxlanılıb.
Türkiyə Milli Təhsil Nazirliyindən bildirilib ki, hadisəni araşdırmaq üçün üç nazirlik birgə fəaliyyət göstərir. Nazirlik həmçinin hücumun baş verdiyi məktəbdə dərslərin bu gün üçün dayandırıldığını qeyd edib.
***11:56
Türkiyənin Manisa şəhərinin Turgutlu rayonunda lisey qarşısında baş verən silahlı hücum nəticəsində 8 nəfər yaralanıb.
Bu barədə Avtosfer.az-ın NTV nəşrinə istinadən xəbər verir.
Məlumata görə, hücum edən şəxs saxlanılıb.
Həmçinin hücum edənin məktəb ərazisinə daxil olması və hadisədən sonra qaçdığı görüntülər də ortaya çıxıb.
Hücum edən şəxsin liseyin 9-cu sinif şagirdi olduğu bildirilir.
***
Türkiyənin Manisa bölgəsində təhsil müəssisəsinin yaxınlığında baş verən silahlı insident nəticədə məktəblilər də daxil olmaqla beş nəfər xəsarət alıb. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır, cinayətkar isə hadisə yerindən uzaqlaşa bilib.
Avtosfer.az NTV kanalına istinadən xəbər verir ki, silahlı insident səhər saatlarında Turqutlu rayonunda yerləşən liseyinin önündə qeydə alınıb.
İlkin ehtimallara əsasən, kimliyi məlum olmayan şəxs hələlik aydınlaşdırılmamış səbəblərdən məktəbin ətrafında pərakəndə atəş açmağa başlayıb.
Hadisə nəticəsində şagirdlərin də aralarında olduğu beş nəfər yaralanıb. Xəsarət alanlardan birinin vəziyyəti kritikdir.
Silahlı şəxs insidentdən dərhal sonra qaçaraq gizlənib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin yaxalanması istiqamətində axtarış tədbirlərinə start veriblər.
Hazırda məktəb ətrafında təhlükəsizlik tədbirləri artırılıb, müvafiq xilasetmə və tibb xidmətləri davam etdirilir.
***
Türkiyənin Manisa şəhərinin Turqutlu rayonunda lisey qarşısında silahlı hücum baş verib.
Bu barədə Avtosfer.az NTV nəşrinə istinadən məlumat verir.
İlkin məlumatlara görə, Niyazi Üzmez Anadolu Texniki Liseyinin qarşısında silahlı hücum zamanı dörd şagird yaralanıb. Şübhəli şəxs liseyin qarşısına gələrək təsadüfi hədəflərə atəş açmağa başlayıb.
Hadisə yerinə çox sayda polis və təcili yardım qrupları göndərilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












