Məktəbin yanında söyüş söyən 7 nəfər həbs EDİLDİ

Azərbaycanda bir sıra bölgələrdə ictimai asayişi pozanlar həbs olunub.
Avtosfer.az lent.az-a istinadla xəbər verir ki, hadisələr Abşeron rayonu Masazır, Babək rayonu Nehrəm qəsəbələri, Sumqayıt və Mingəçevir şəhərləri, həmçinin Hacıqabul, eləcə də Masallı rayonlarında qeydə alınıb.
Hacıqabulda 2 nəfər olmaqla ümumilikdə 7 nəfər məktəblərin yaxınlığında ucadan nalayiq ifadələr işlədərək, ictiami asayişi pozublar. Ərazidə xidmətdə olan polis əməkdaşları onlara irad bildirərək, hərəkətlərini dayandırmalarını desələr də, həmin şəxslər qanuni tələbə məhəl qoymayaraq, əməllərinə davam ediblər.
Nəticədə polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların hər biri barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.
Ərazi üzrə məhkəmələrin qərarı ilə həmin şəxslərdən üçü 25, ikisi 10, biri 15 gün və digəri isə 1 ay müddətinə inzibati qaydada həbs olunublar.
Qeyd edək ki, bundan əvvəl də ictimai asayişi pozan bir neçə nəfərin həbs olunması barədə xəbər vermişdik.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












