Məktəbli liseyə hücum etdi - Şagirdləri girov götürdü - FOTO - VİDEO - YENİLƏNİB

Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə pnevmatik silahla atəş açan və 16 nəfəri yaralayan şəxslə bağlı bəzi məqamlar məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Demirören" xəbər agentliyi (DHA) məlumat yayıb.
Bildirilib ki, məktəbin keçmiş şagirdi Ömer Ketin hadisədən öncə təhsil ocağının sosial media hesablarına təhdid mesajları göndərib. O, məktəbə - "Hazır olun, bir neçə gündən sonra hücum olacaq", - deyə mesajlar ünvanlayıb.
***13:06
Şanlıurfa vilayətinin Siverek rayonunda litseydə baş vermiş silahlı insident nəticəsində yaralananların sayı 16 nəfərə çatıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumu həyata keçirən şəxs sonradan intihar edib.
Şanlıurfa valisi Hasan Şıldak hücumçunun məktəbin keçmiş şagirdi olduğunu və 2007-ci il təvəllüdlü olduğunu təsdiqləyib.
İnsidentlə bağlı cinayət işi açılıb.
***
Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyi qarşısında silahlı insident baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, hücum edən şəxs məktəb ərazisinə daxil olaraq nizamsız şəkildə atəş açıb. Hadisə nəticəsində yeddi nəfər şagird və 2 nəfər müəllim yaralanıb.
Hücum edən şəxs isə hadisə yerində özünü güllələyərək öldürüb.
Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə aparılıblar.
Hadisə ilə bağlı araşdırma başlayıb.

Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












