Məktəblilərin keçdiyi yolda təhlükə: Piyada zolağı görünmür, sürücülər də yol vermirlər - FOTO

Bakının Xətai rayonunda avtomobillərin intensiv hərəkət etdiyi küçədə piyada zolağının silinməsi məsələsinə müvafiq qurum tərəfindən münasibət bildirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, nəqliyyat vasitələrinin intensivliyi baxımından sözügedən ərazidə nizamlanmayan eynisəviyyəli piyada keçidinin təşkili məqsədəuyğun hesab edilmir:
"Məhəmməd Hadi, 105-113 ünvanının 70 metr yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib", - deyə T.Orucov bildirib./oxu.az
***
Bakının Xətai rayonunda avtomobillərin intensiv hərəkət etdiyi küçədə piyada zolağının silinməsi piyadaların, xüsusilə də məktəblilərin hərəkətində ciddi çətinlik yaradır.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə vətəndaş şikayəti daxil olub.
Şikayətçi bildirib ki, söhbət Əhmədli qəsəbəsində Məhəmməd Hadi küçəsi, 105-113 ünvanlarından gedir.
Onun sözlərinə görə, həmin ərazidə avtomobillərin hərəkəti kifayət qədər intensivdir. Küçənin yaxınlığında üç böyük məktəb və iki uşaq bağçası yerləşir. Lakin hazırda piyada keçidi, demək olar ki, görünmür. Eyni zamanda, ərazidə piyadaların, xüsusilə də məktəblilərin keçidi ilə bağlı hər hansı xəbərdaredici nişanın da olmadığı bildirilir.
"Bu yoldan hər gün yüzlərlə uşaq keçmək məcburiyyətində qalır. Piyada zolağının görünməməsi və xəbərdaredici nişanların olmaması uşaqların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradır. Hər gün uşaqların həyatı təhlükə ilə üz-üzə qalır", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.


Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












