Məmura oğru deyən vətəndaş 1200 manat cərimələndi

Göyçayda məmur barəsində təhqiramiz ifadə işlədən vətəndaş məhkəmə qarşısına çıxarılıb.
Avtosfer.az xəbər verir ki, Göyçay RİH-in Sənədlərlə və Vətəndaşların müraciəti ilə iş şöbəsinin məsləhətçisi S.Səmədov (soyadlar şərtidir) barəsində sosial şəbəkədə video paylaşan Qaraməryəm kənd sakini, 1970-ci il təvəllüdlü M.Yusifova hökm oxunub.
Məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən məmur kənd sakininin ona böhtan atdığını və “oğru” deyərək təhqir etdiyini bildirib.
Məlum olub ki, M.Yusifov “Facebook”da “Acı bibər” adlı səhifədə yerləşdirilmiş videoda həmin məmur barəsində “Bu oğru S.Səmədov nəinki mənim, hətta məndən başqa vətəndaşların da yerini oğurlayıb”, - ifadəsini işlədib. O, həmin videoda məmurun torpaqları oğurlayaraq bələdiyyə sədrinə verdiyini iddia edib.
Məlum olub ki, daha əvvəl bələdiyyə sədri M.Yusifov barəsində məhkəməyə müraciət edib və ötən il həmin şəxs cərimələnib.
Göyçay Rayon Məhkəməsi bu dəfə də M.Yusifov barəsində ittihamı qəbul edib. O, təhqir maddəsi üzrə təqsirli bilinərək 1200 manat cərimə edilib. Ona Cinayət Məcəlləsinin böhtan maddəsi üzrə bəraət verilib./qafqazinfo
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












