Məmurlardan 375 kiloqram qızıl müsadirə edildi - İraqda rüşvət və korrupsiya istintaqı - FOTO

İraqın hüquq-mühafizə orqanları ölkənin enerji və neft sektorlarındakı böyük iş adamları, deputatlar, onlarla yüksək rütbəli məmurun adının hallandığı rüşvət və korrupsiya istintaqı zamanı 375 kiloqram qızıl müsadirə edib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" ərəb dövlətinin Ali Məhkəmə Şurasının nümayəndəsi Ziya Cəfərin açıqlamasına istinadən məlumat yayıb. Bildirilib ki, İraq Kürdüstanı muxtariyyətinin məhkəmə orqanları ilə birgə keçirilən tədbirlər nəticəsində neft emalı üzrə nazir müavini Adnan əl-Cümeylinin əsas şübhəli olduğu cinayət işinin istintaqı zamanı 358 kiloqram qızıl külçə ələ keçirilib. Ziya Cəfər vurğulayıb ki, ölkənin neft sferasında mövcud olan korrupsiya sxemləri ilə bağlı başqa bir işdə adı keçən şəxsin evində axtarış aparılarkən əlavə 17 kiloqram qızıl da tapılaraq götürülüb. Müsadirə olunan bütün qızıl külçələr İraqın Mərkəzi Bankına təhvil verilib.
Xatırladaq ki, iyunun sonunda İraq təhlükəsizlik qüvvələri tərəfindən 47 deputat və ali vəzifəli şəxs korrupsiya iddiaları ilə saxlanılıb. Bildirilirdi ki, asayiş keşikçiləri müxtəlif səviyyəli məmurların həbsi üçün əlavə olaraq ən azı 200 order təqdim ediblər. Həmin vaxt İraq rəhbərliyi istintaqın davam etdiyini və yaxın gələcəkdə elektrik enerjisi və neft nazirliklərindəki mənimsəmə halları ilə əlaqəli yeni şəxslərin adlarının açıqlanacağını bəyan edib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO













