Mən məcbur deyiləm sənin uşağının səsini eşidim - AVTOBUSDA DAVA - VİDEO

Bakıda ictimai nəqliyyatda baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, paytaxtda hərəkətdə olan avtobuslardan birində sərnişinlər arasında mübahisə yaşanıb. Belə ki, avtobusda ağlayan uşağın səsinə etiraz edən qadın onun nəqliyyat vasitəsindən düşürülməsini tələb edib.
Hadisə zamanı digər sərnişinlər qadının bu tələbinə qarşı çıxaraq etirazlarını bildiriblər. Onlar uşağın və valideyninin avtobusdan düşürülməsinin düzgün olmadığını vurğulayıblar.
Sözügedən anlar sərnişinlərdən biri tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Qısa müddətdə yayılan görüntülər istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb və hadisə geniş tənqid olunub.
İctimaiyyət nümayəndələri qeyd edirlər ki, belə hallarda daha anlayışlı davranmaq və xüsusilə azyaşlılara qarşı həssas yanaşmaq vacibdir. Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb.
Eltac Zülfüqaroğlu
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












