Mərkəzi Klinik Xəstəxanada xəstə yaxınından rüşvət tələb edilib - ŞİKAYƏT

Anasının səhhətində yaranan ciddi problemlə əlaqədar xəstəxanaya müraciət edən vətəndaş tibbi xidmət zamanı ondan əlavə pul tələb olunduğunu iddia edir.
Avtosfer.az xəbər verir ki, saytımıza müraciət edən vətəndaş bildirib ki, gecə saatlarında anasının vəziyyəti ağırlaşıb və nəfəs almaqda çətinlik çəkib. Onun sözlərinə görə, təcili tibbi yardıma zəng etsə də, avtomobillərin bir hissəsinin “Formula-1” yarışı ilə əlaqədar ərazidə olduğunu və gecikmə yaşandığını bildiriblər. Bundan sonra anasını əvvəlcə tibb mərkəzlərindən birinə, daha sonra isə Yeni Klinikaya aparıb. Burada aparılan müayinələrdən sonra səhər saat 5-ə yaxın xəstənin infarkt keçirdiyi müəyyənləşdirilib və təcili tibbi yardım avtomobili ilə Mərkəzi Klinik Xəstəxanaya göndərilib.
Şikayətçinin sözlərinə görə, anası səhər saat 5 radələrində Mərkəzi Klinik Xəstəxanaya çatdırılsa da, saat 11:30-a qədər ona xəstənin vəziyyəti barədə məlumat verilməyib. Daha sonra dördüncü mərtəbəyə çağırılaraq əməliyyat üçün yüksək məbləğdə ödəniş tələb olunduğunu bildiriblər. Vətəndaş iddia edir ki, ilkin danışıqlardan sonra tələb olunan məbləğ əvvəlcə 1900, daha sonra 1600 manata endirilib. Kassada isə ona 1578 manatlıq çek təqdim olunub. O, ödənişin hansı xidmətlərə görə tələb edildiyini və həmin xidmətlərin icbari tibbi sığorta tərəfindən qarşılanmadığını təsdiqləyən rəsmi sənəd istəyib. Lakin iddiasına görə, ona bununla bağlı dəqiq izahat verilməyib. Daha sonra həkimlə görüşən vətəndaşa əməliyyatın 6-7 min manatlıq olduğu və sığortanın bütün xərcləri qarşılamadığı bildirilib. Şikayətçi rəsmi sənəd tələb etdikdən sonra ona adi A4 vərəqində 1868 manatlıq məbləğin göstərildiyi kağız təqdim olunduğunu deyir.
Vətəndaş iddia edir ki, ödənişlə bağlı mübahisə zamanı həkim tərəfindən təhqirə məruz qalıb. Onun sözlərinə görə, məsələ ilə bağlı klinikanın rəhbərliyinə və aidiyyəti qurumların qaynar xətlərinə müraciət edib. Şikayətçi, həmçinin həkimin stent qoyulmuş anasına onun pul ödəmək istəmədiyini və anasını düşünmədiyini söylədiyini iddia edir. Daha sonra həkimin bacısı ilə də əlaqə saxlayaraq ödəniş məsələsini müzakirə etmək istədiyini bildirir. Vətəndaş baş verənlərin araşdırılmasını, klinikanın müşahidə kameralarının görüntülərinə baxılmasını və ödəniş tələbinin qanuniliyinə aydınlıq gətirilməsini istəyir.
Qeyd edək ki, Mərkəzi Klinika ilə əlaqə saxlayaraq məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışsaq da, bu mümkün olmadı.
Fatimə
Abşeronda avtomobil su kanalına düşdü - VİDEO - YENİLƏNİB
Onlayn mağazadan kosmetik məhsul sifariş etdi; saxta çıxdı – ŞİKAYƏT - FOTO
“Audi” Almaniyaya “Audi” idxal edənləri məhkəməyə verdi
Qaranlıqda yolu qaçaraq keçən piyada ölümün bir addımlığından döndü - VİDEO
Sürücünü çaş-baş salan piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO
Bu yolda dərin çuxur var: Sürücülər son anda sərt manevrlə canlarını qurtarır - VİDEO
70 yaşlı ölü tabutda dirildi: ŞOK HADİSƏ
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Nərimanovda binada yanğın baş verib - VİDEO
Bərdə sakininin Ağdamda QUYUYA DÜŞÜB
Benzin satışına yeni LİMİT- BU ÖLKƏDƏ












