Məsciddə uşaqlara oyuncaq paylayanlar saxlanıldılar - Aralarında vəzifəli şəxs də var

Naxçıvanda bir qrup şəxs məscidlərdə İmam Mehdini tanıtmaq məqsədilə uşaqlara hədiyyələr payladıqları üçün saxlanılıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, saxlanılanlar arasında 1995-ci il təvəllüdlü Abbas, 1984-cü il təvəllüdlü Xaliq, 1996-cı il təvəllüdlü və Babək Rayon Mədəniyyət İdarəsində təsərrüfat müdiri vəzifəsində çalışan Elsevər, həmçinin Oruc adlı şəxs var.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkili və keçirilməsi qaydalarının pozulması) əsasən protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmədə müəyyən edilib ki, adıçəkilən şəxslər tədbirləri Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən Təzə, Hacı Mehdi və Xəndək məscidlərində təşkil ediblər.
Saxlanılan şəxslərdən bəziləri məscidlərdə dini vəzifələr icra ediblər, digərləri isə müxtəlif sahələrdə çalışıblar. Onlar sakinlərdən 10-15 manat toplayaraq İmam Mehdinin mövlud gününü qeyd ediblər.
Uşaqların da iştirak etdiyi bu tədbirlərdə dini çıxışlar edilib, onlara şirniyyat, meyvə suyu, oyuncaq və üzərində ata və anaya hörmət mövzusunda hədislər yazılmış, arxa tərəfində Azərbaycan bayrağı olan təxminən 100 kağız paylanılıb. Hədiyyələrin "Bahar Kargo" tərəfindən hazırlandığı məlum olub.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri inzibati xətanı törətməkdə təqsirli bilinib və 1 500 manat məbləğində cərimələnib.
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO












