Meteorit səbəbindən ölən yeganə insan - Hansı şəhərdə yaşayıb?

Yer kürəsinə hər gün təxminən 44 min kiloqram (48,5 ton) meteorit düşür. Onların çoxu atmosferdə yanaraq parçalanır, bir qismi isə yer səthinə çatır. Əksər hallarda insanlara zərər verməsə də, tarixi sənədlərə əsasən meteorit səbəbindən ölən yeganə insan Osmanlı dövründə yaşayıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Trakya Universiteti, Ege Universiteti və ABŞ-dakı NASA-SETI İnstitutu alimlərinin Osmanlı arxivlərində apardığı araşdırmalar nəticəsində 1888-ci ildə meteoritin insan ölümünə səbəb olduğu hadisə üzə çıxarılıb. 22 avqust 1888-ci ildə axşam saatlarında İraqın Süleymaniyə bölgəsində güclü meteor yağışı müşahidə olunub. Rəsmi sənədlərdə göydən daşların "yağmur kimi” düşdüyü, bu zaman bir nəfərin həlak olduğu, digərinin isə iflic qaldığı qeyd olunur. Hadisə o dövrdə o qədər diqqət çəkib ki, Süleymaniyə valisinin göndərdiyi məlumat Sultan II Əbdülhəmidə qədər çatıb. Üç fərqli rəsmi sənəddə hadisə ətraflı təsvir olunub, hətta bir məktubda meteorit parçasının sübut kimi İstanbula göndərildiyi də yazılıb. Bu qeydlər, meteorit səbəbindən insan ölümünün sənədlərlə təsdiqləndiyi yeganə hadisə kimi elmi ədəbiyyata düşüb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












