Metro qatarları arasında interval niyə səkkiz dəqiqəni keçib?

Bu gün səhər saatlarında metro qatarlarının gecikdiyi bildirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, səhər saatlarında metronun "Azadlıq Prospekti" stansiyasından "Həzi Aslanov" stansiyası istiqamətində qatarlar arasındakı interval səkkiz dəqiqəni keçib.
"Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, metroda hər hansı bir problem yaşanmayıb.
"Sərnişin axınının tənzimlənməsi məqsədilə, həmçinin gün ərzində səhər saat 08:00-09:00 aralığında "Koroğlu", 13:00-14:00 aralığında "28 May", "Gənclik" və "Elmlər Akademiyası", 18:00-19:00 aralığında isə "Elmlər Akademiyası" və "28 May" stansiyalarına xəttə sərnişinsiz qatarlar verilir. Bununla yanaşı, səhər 08:00-09:00 aralığında iki qatar "yaşıl xətt"in "Memar Əcəmi" stansiyasından geri qaytarılmaqla sərnişin axınının dinamik tənzimlənməsi təmin edilir. Bu zaman "Memar Əcəmi"-"Dərnəgül" sahəsində qeyd edilən vaxt üçün "yaşıl xətt" üzrə elan edilmiş interval iki dəfə artıq olur", - deyə B.Məmmədov bildirib.
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO












