Metroda problem yarandı - YENİLƏNİB

Səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb.
Avtosfer.az xəbər verir ki, hazırda bütün stansiyalarda sərnişin sıxlığı müşahidə edilir.
“Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “İnşaatçılar” və “28 May” tunelində dayanıb.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlamışıq.
***
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “qafqazinfo”ya bildirib ki, sərnişin sıxlığı səbəbilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur: “Nəticədə, qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanır. Beləliklə arxadan gələn qatarlar da tunellərdə və stansiyalarda dayanmalı olur. Qırmızı və Yaşıl xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən bir neçə stansiyada bunun təsirləri hər iki xətt üzrə ümumi yubanmalara səbəb olub. Sərnişinlərimizdən xahiş edirik ki, yubanmalara yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər”.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












