Metroda sərnişin qatarın altına düşüb ÖLDÜ - YENİLƏNİB

Metronun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb və dünyasını dəyişib.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə yerinə cəlb edilən briqada tərəfindən bir nəfərin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb:
"3 oktyabr tarixində saat 15:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyasında sərnişinlərdən birinin qatar relslərinin üzərinə düşməsi səbəbilə çağırış daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Briqada tərəfindən bir nəfərin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb".
(oxu.az)
***
15:42
Metronun “28 May” stansiyasında sərnişin stansiya yoluna düşüb.
Bu barədə Avtosfer.az “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, qatar maşinisti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb. Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Lakin sərnişin vəfat edib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
***
Bakı metrosunda bütün sərnişinlər qatardan düşürdülüb.
Avtosfer.az xəbər verir ki, metronun " Sahil" stansiyasında sərnişinlət təcili olaraq qatardan düşürdülüb.
***
15:23
Bakı metrosunda qatarların hərəkətində ləngimə var.
Avtosfer.az xəbər verir ki, qatarlar tuneldə dayanıb. Buna səbəb kimi xətlərin üzərinə adam düşdüyü bildirilir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












