Mexikoda yük maşını partladı - 15 ölü

Mexikoda sentyabrın 10-da baş vermiş mayeləşdirilmiş qazla dolu avtosisternin partlayışı nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb, 38 nəfər isə hələ də xəstəxanadadır.
Avtosfer.az xəbər verir ki, bu barədə Meksika paytaxtının səhiyyə naziri Nadin Qassman məlumat verib.
"Bizə yeni məlumat verildi – daha bir nəfər dünyasını dəyişdi, beləliklə, ölənlərin sayı 15-ə çatdı", - "La Razon" nəşri Qassmanın sözlərini sitat gətirib.
Nazir əlavə edib ki, xəstəxanalarda müalicə alan 38 nəfərdən 14-ü ağır vəziyyətdədir, onların bədənində çoxsaylı yanıq xəsarətləri var.
Hadisə 10 sentyabrda Mexikonun İstapalapa rayonundakı avtomobil qovşağında baş verib. Partlayış nəticəsində 20-dən çox avtomobil yanıb, yaxınlıqdakı binalar zədələnib.(Bakıvaxtı)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












