Moskvada hava limanından Bakıya olan bir neçə uçuş ləğv olunub - RƏSMİ - VİDEO

Moskvanın Vnukovo hava limanında Bakıya uçuşu gözləyən azərbaycanlı sərnişinlərin üzləşdikləri vəziyyətlə bağlı rəsmi açıqlama verilib.
Azərbaycan Hava Yolları QSC (AZAL)-dən bildirilib ki, əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq Azərbaycan Hava Yolları (AZAL) Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib.
"Belə ki, Bakı-Moskva (Vnukovo)- Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər ləğv olunub.
Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AZAL mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb. Sərnişinlərə alternativ uçuş imkanları təqdim olunub, müvafiq hallarda isə biletlərin dəyəri geri qaytarılıb.
Ləğv edilmiş reyslərin sərnişinlərinin bir qismi AZAL-ın J2-809 və J2-810 nömrəli reysləri ilə təyinat məntəqəsinə daşınıb. Moskvada olan və alternativ uçuşlardan istifadə etməyən sərnişinlər üçün isə bilet vəsaitinin geri qaytarılması təmin edilib.
Azərbaycan Hava Yolları yaranmış vəziyyətə görə üzr istəyir və göstərdikləri anlayışa görə sərnişinlərinə təşəkkürünü bildirir" - deyə, məlumatda vurğulanır./oxu.az
***
Rusiyanın paytaxtı Moskvanın Vnukovo hava limanında Bakıya uçuşu gözləyən azərbaycanlı sərnişinlər çətin vəziyyətlə üzləşiblər.
Avtosfer.az xəbər verir ki, hava limanında qalan soydaşlarımız bu barədə Baku.ws-ə məlumat veriblər.
Onların sözlərinə görə, Bakı istiqamətində olan reyslər ləğv edilib. Buna baxmayaraq, sərnişinlərin aldıqları biletlərin pulu geri qaytarılmır.
Sərnişinlər bildiriblər ki, onlara biletlərin etibarsız sayıldığı və yenidən bilet almalarının tələb olunduğu deyilir.
"Bizə bildirirlər ki, aldığımız biletlər batıb. Pulumuzu geri qaytarmırlar və deyirlər ki, yenidən bilet almalıyıq. Xahiş edirik, bizə kömək göstərilsin. Çıxılmaz vəziyyətdə qalmışıq", - deyə sərnişinlər qeyd ediblər.
Məşhurların olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi










