Motosiklet su kanalına aşıb, 9 misirli uşaq ölüb

Misirin Asyut vilayətinin Əbutic rayonunda kənd təsərrüfatı işlərindən qayıdan uşaqları daşıyan üçtəkərli yük motosikletinin su kanalına aşması nəticəsində 9 uşaq ölüb, 4-ü isə xəsarət alıb. Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, hadisə Əbutic rayonu ərazisindən keçən Qərbi Nəcm Həmmadi su kanalında baş verib. İlkin məlumata görə, nəqliyyat vasitəsində ümumilikdə 13 uşaq olub. Onlar kənd təsərrüfatı sahələrində işlərini başa vurduqdan sonra geri qayıdarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq kanala aşıb. Hadisə yerinə polis, təcili tibbi yardım və xilasedici qüvvələr cəlb edilib. Həlak olanların meyitləri və yaralılar Əbutic Mərkəzi Xəstəxanasına çatdırılıb. Xilasedicilər yerli sakinlərlə birgə axtarış-xilasetmə işləri aparıblar. İlkin araşdırmalar nəticəsində hadisədə kriminal əlamətlərin aşkar edilmədiyi bildirilib.
Faktla bağlı cinayət işi açılıb, Misirin Baş Prokurorluğunun göstərişi ilə hadisənin səbəb və təfərrüatları araşdırılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












