Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO

Sosial şəbəkədə yayılan videoda motosiklet sürücüsünün nümunəvi davranışı ilə diqqət çəkib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Kadrlardan görünür ki, motosiklet sürücüsü nizamlanmayan piyada keçidindən yolu keçmək istəyən qadını və onun azyaşlı övladlarını görərək dayanır. Lakin digər avtomobillərin sürücüləri piyada keçidinə yaxınlaşmalarına baxmayaraq, hərəkətlərini davam etdirirlər.
Buna etiraz edən motosikletçi əli ilə digər sürücülərə xəbərdarlıq edir. Ancaq onun işarəsinə məhəl qoyulmadığını görən sürücü səsini ucaldaraq avtomobil idarə edənlərdən piyadalara yol vermələrini istəyir. Bundan sonra avtomobillər dayanır və qadın uşaqları ilə birlikdə yolu keçir.
Qadın ona yol verilməsinə kömək edən motosiklet sürücüsünə təşəkkürünü bildirir. Daha sonra digər piyadalar da keçiddən istifadə edərək yolu keçirlər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












