Banner

Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO

Hadisə 2 Noyabr 2026 16:00
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində qaydaları kobud şəkildə pozan piyada kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, orta yaşlı kişi işıqforun qadağanedici işığına məhəl qoymadan, piyada keçidindən kənar ərazidən qaçaraq yolu keçməyə çalışıb. Halbuki videoda həmin ərazinin yaxınlığında işıqforla nizamlanan piyada keçidinin olduğu da aydın görünür.

Üstəlik, piyada yaxınlaşmaqda olan motosikletin qarşısına qəfil çıxaraq sürücüyə təhlükə yaradıb. Xoşbəxtlikdən, hadisə toqquşma ilə nəticələnməyib.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228418.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 324
ŞƏRH YAZ
Ad

E-mail

Şərh