Müəllimi motosikletlə vurub günahı onun üstünə yıxmağa çalışdı – 1,7 milyon istəyir - VİDEO

Yeniyetmə motosikletçi təqaüdçü müəllimi vuraraq günahı onun üstünə yıxmağa çalışıb.
Avtosfer.az xəbər verir ki, hadisə Buryatiya Respublikasında baş verib. Məlumata görə, 15 yaşlı yeniyetmə motosikletlə Rusiyanın Əməkdar müəllimi olan 75 yaşlı təqaüdçü qadını vurub.
Məhkəmə iclası zamanı yeniyetmənin ailəsi və vəkilləri (müdafiə tərəfi) zərərçəkmiş yaşlı qadını günahlandırmağa çalışıblar. Müdafiə tərəfinin iddialarına görə, 75 yaşlı təqaüdçü müəllim guya sırf "motosikletçiləri şərləmək və onlara tələ qurmaq üçün" qəsdən özünü hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına atıb.
Hadisə nəticəsində təqaüdçü qadın çoxsaylı sınıq xəsarətləri alıb. Qəzanın üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, yaşlı müəllim hələ də xəstəxanada uzunmüddətli reabilitasiya kursu keçir və sağlamlığını bərpa edə bilmir.
Zərərçəkmiş tərəf və onun ailəsi yeniyetmənin valideynlərindən dəymiş mənəvi və fiziki ziyana görə 1,7 milyon rubl kompensasiya tələb edir.
Namiq Musayev
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












