Müğənni evində işçiləri GÜLLƏLƏDİ

Rusiyalı reper Djigan Moskva vilayətindəki evində işçiləri və mühafizəçiləri təxminən 10 saat girov saxlayıb və onlardan bir neçəsinə atəş açıb. Hadisənin reperin uşaqlarının gözü qarşısında baş verdiyi bildirilir.
Avtosfer.az Mash teleqram kanalına istinadən xəbər verir ki, hadisə iyulun 3-dən 4-nə keçən gecə Chateau Sovereign yaşayış kompleksində yerləşən evdə baş verib.
Bildirilir ki, Djigan özündə olmayıb, Saiga-9 silahı götürərək işçiləri qonaq otağına çağırıb. O, onları müxtəlif cinayətlərdə ittiham edib və etiraf etmələrini tələb edib.
Mühafizəçilərdən birini pedofiliyada ittiham edən reper silahı onun başına dirəyərək etiraf etməsini tələb edib. Daha sonra ona qaçmaq üçün beş saniyə vaxt verib və atəş açaraq kişinin qolundan və ayağından yaralayıb.
Djigan digər işçiləri isə xəyanətdə, məlumat sızdırmaqda və millətçilikdə ittiham edib. O, bəzi şəxslərin qaçmasına icazə versə də, onların arxasınca atəş açıb.
Hadisə zamanı reperin uşaqlarının şkaflarda gizləndiyi və baş verənlər barədə anaları Oksana Samoylovaya məlumat verdiyi bildirilir.
Silah səslərini eşidən qonşular polisə, yaşayış kompleksinin mühafizəçilərinə və Djiganın dostlarına xəbər veriblər. Lakin reper təslim olmaqdan imtina edib və onu sakitləşdirməyə çalışan şəxslərə də hücum edib. Mühafizəçilərin isə silahları olmadığı üçün evə müdaxilə edə bilmədikləri qeyd olunur.
Məlumata görə, hadisə bir müddət sonra ətrafdakı şəxslərin müdaxiləsi ilə dayandırılıb. Djigan daha sonra İsraildəki reabilitasiya mərkəzlərindən birinə göndərilib və hazırda orada müalicə alır.
Hadisə zamanı Milanda olan Oksana Samoylova uşaqları ilə birlikdə təcili olaraq Moskvaya qayıdıb. Bildirilir ki, bundan sonra o, özünün və uşaqlarının təhlükəsizliyi üçün mühafizəçilərin sayını artırıb.
Oksana Samoylova “Maş”a açıqlamasında hadisəni təsdiqləyib.
Sürücünü çaş-baş salan piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO
Bu yolda dərin çuxur var: Sürücülər son anda sərt manevrlə canlarını qurtarır - VİDEO
70 yaşlı ölü tabutda dirildi: ŞOK HADİSƏ
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Nərimanovda binada yanğın baş verib - VİDEO
Bərdə sakininin Ağdamda QUYUYA DÜŞÜB
Benzin satışına yeni LİMİT- BU ÖLKƏDƏ
Sumqayıtda məşhur su kanalına yenə zibil atırlar - FOTO
TIR-ın kabinində qəribə hadisə: sürücünün ayağı sükanın arasında sıxışdı – VİDEO
Bakıda uşaq skuterlə maşın yoluna çıxaraq təhlükə yaradıb - VİDEO
Qırmızı işıqda keçən piyada hələ sürücüyə “dərs” də verdi - VİDEO












