Musiqi sifariş verən müştəri bıçaqlandı - Restoranda dava

Restoranda müştərini bıçaqlamaqda təqsirləndirilən Ağcabədi rayon sakini Sakit Məmmədovun (soyad şərtidir - red.) barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda təqsirləndirilən şəxsə hökm oxunub, S.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə Abşeron rayonunun Xırdalan şəhərindəki "Bakı gecələri" restoranında olub. Xırdalanda kirayə yaşayan Sakit dostları ilə birlikdə adıçəkilən restorana gəlib, orada pivə içiblər. Həmin vaxt Toğrul adlı şəxs də oraya gəlib. Saat 00:00-da restoranın icarədarı obyektin bağlandığını elan edib. Həmin vaxt sərxoş vəziyyətdə olan Toğrul Babayev (soyad şərtidir - red.) icarədar xanıma etiraz edib və musiqi sifariş verib. O, sifarişi qəbul etməyib, restoranın bağlandığını təkrar deyib və müştərilərdən obyektdən çıxmalarını xahiş edib. Toğrul isə yenidən etiraz edib. Bu vaxt obyektdə müştəri qismində əyləşən Sakit də Toğruldan xahiş edib ki, bütün müştərilər kimi o da restoranı tərk etsin. Bundan əsəbiləşən Toğrul pivə bakalını Sakitə tərəf atıb. Nəticədə dava düşüb, Sakit üzərində gəzdirdiyi bıçaqla Toğrula kürək nahiyəsindən 3 zərbə endirib. Hadisə yerinə polis əməkdaşları gəlib, Sakit saxlanılaraq istintaqa təhvil verilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












