Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

Naxçıvanda sosial şəəbəkədə əxlaq normalarına zidd qeyri-etik paylaşım edənlər saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, saxlanılanlardan ikisi Naxçıvan şəhər, digər ikisi isə Şahbuz rayon sakinləridir. İkisi 23, 25 və 17 yaşlarında olan həmin oğlanlar “Tiktok”da özlərinə məxsus hesablarda ictimai mənəviyyatı təhqir edən videolar paylaşıblar. Ayrı-ayrı vaxtlardakı paylaşımlarda biri soyunmuş halda, biri dostunu əsgər yola salarkən, biri sərxoş, digəri də dağda çobanlıq edərkən nalayiq ifadələr işlədiblər.
Onların hər biri ərazi üzrə polis orqanları tərəfindən saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və millimənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub. Saxlanılan şəxslərin hər biri törətdiyi əməldən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə onlardan 25 yaşlı şəxs 12 gün müddətinə inzibati qaydada həbs, qalanları isə 500 manat miqdarında cərimə ediliblər (Lent.az).
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












