Naxçıvanda dönərdən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ - YENİLƏNİB

Naxçıvanda yerləşən "Kassap Döner" dönərxanasında zəhərlənən şəxslərin durumu açıqlanıb.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, zəhərlənən 17 nəfər dərhal tibb müəssisəsinə yerləşdirilib və onlara ilkin tibbi yardım göstərilib. Hazırda onların səhhəti qənaətbəxşdir və heç bir həyati təhlükə yoxdur.
Qeyd olunub ki, zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar araşdırmalara başlayıb.
***
Naxçıvanda ikinci dəfə insanların zəhərlənməsinə səbəb olan "Kassap Döner" daha əvvəl baş verən hadisədən sonra cərimələnib.
Bu barədə Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, ilk baş verən zəhərlənmə hadisəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdı:
"Bu zaman müəssisənin fəaliyyəti müvəqqəti dayandırıldı, tamamilə bağlanmadı. Araşdırmalar nəticələri məlum olandan sonra, müəssisə nöqsanları aradan qaldırdıqan sonra fəaliyyətə icazə verilir. Təbii ki, baş verən hadisəyə görə sözügedən müəssisə İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələnir".
***10:33
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.
Bu barədə Avtosfer.az-a Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Qeyd olunub ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qida zəhərlənməsinə məruz qalması barədə məlumat Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olub.
Məlumata əsasən Agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Sürücünü çaş-baş salan piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO
Bu yolda dərin çuxur var: Sürücülər son anda sərt manevrlə canlarını qurtarır - VİDEO
70 yaşlı ölü tabutda dirildi: ŞOK HADİSƏ
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Nərimanovda binada yanğın baş verib - VİDEO
Bərdə sakininin Ağdamda QUYUYA DÜŞÜB
Benzin satışına yeni LİMİT- BU ÖLKƏDƏ
Sumqayıtda məşhur su kanalına yenə zibil atırlar - FOTO
TIR-ın kabinində qəribə hadisə: sürücünün ayağı sükanın arasında sıxışdı – VİDEO
Bakıda uşaq skuterlə maşın yoluna çıxaraq təhlükə yaradıb - VİDEO
Qırmızı işıqda keçən piyada hələ sürücüyə “dərs” də verdi - VİDEO












