“Nəriman Nərimanov”un çıxışlarından biri bağlandı - FOTO - YENİLƏNİB

Metronun "Nəriman Nərimanov" stansiyasının çıxışlarından birinin bağlanması ilə əlaqədar rəsmi açıqlama verilib.
Avtosfer.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında çıxışın təmirlə əlaqədar bağlandığını bildirib.
Onun sözlərinə görə, "Nərimanov" stansiyasının dördüncü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlanılıb:
"Təmir müddətində sərnişinlərdən müvəqqəti olaraq beş saylı çıxışdan istifadə etmələri xahiş olunur.
İşlərin noyabr ayının sonunadək tamamlanması nəzərdə tutulur".

***10:41
Metronun “Nəriman Nərimanov” stansiyasının çıxışlarından biri bağlanıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhərdən etibarən stansiyanın çıxışından (4) sərnişinlərin istifadəsinə məhdudiyyət qoyulub.
İlkin məlumata görə, çıxış təmirə görə bağlanıb.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq, açıqlama veriləcəyi bildirildi.
***
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki, “Nəriman Nərimanov” stansiyasının 4-cü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlanılıb:
“Təmir müddətində sərnişinlərdən müvəqqəti olaraq 5 saylı çıxışdan istifadə etmələri xahiş olunur. İşlərin noyabrın sonunadək tamamlanması nəzərdə tutulur”.



Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












