“Nissan” sürücüsündən nümunəvi davranış - Son anda faciənin qarşısını aldı - VİDEO

Paytaxtın Heydər Əliyev prospektində sürücünün təqdirəlayiq davranışı avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 14-də saat 12:19 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, piyada yolu təyin olunmamış yerdən keçərək həm özünü, həm də hərəkətdə olan sürücüləri təhlükəyə atıb.
Bu zaman öndə hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü vəziyyəti dərhal qiymətləndirərək arxadan gələn nəqliyyat vasitələrinə əl işarəsi ilə xəbərdarlıq edib. O, digər sürücüləri yolda yaranan təhlükə barədə məlumatlandıraraq sürətin azaldılmasına şərait yaradıb və baş verəcək bədbıxt hadisənin qarşısını alıb.
Görüntülərdə motosiklet sürücüsünün də yol hərəkəti qaydalarını pozduğu müşahidə olunur. Belə ki, o, qarşıdakı avtomobilə məhəl qoymadan manevr edərək önünə keçib. Xoşbəxtlikdən qəza baş verməyib.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












