Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin ADLARI - FOTO - VİDEO

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.
Ardeshir Seyfpour Saad Abadi qraffiti dizaynerdir və “İnstagram”da “temacreworiginal” adlı hesabda öz qraffiti nümunələrini paylaşıb.
Ardeshir Seyfpour Saad Abadinin atası Omid Seyfpour Saad Abadi 2024-cü ildən Azərbaycanda yaşayır, “Denizkala” şirkətində menecer işləyir.
Layla Muradinin atası Muradi Samir “Best Events” MMC şirkətinin baş direktorudur.
Şəfiqə Qaraşlının atası Qaraşov Farid taksi fəaliyyəti ilə məşğul olur. Münəvvər Bərxudayevanın atası Bərxudayev Taleh isə “Hallibörton Yeureyja Limited” şirkətinin filialında xidmət operatorudur.
Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası müdaxiləyə məruz qalıb.
Adları qeyd olunan şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Binaya edilmiş müdaxilə qısa müddət ərzində aradan qaldırılıb, ilkin görünüş bərpa olunub. Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi faktı üzrə cinayət işi açılıb. Vurğulayaq ki, hadisə ictimai rəydə müzakirələrə və qınağa səbəb olub. Bakının mərkəzində tarixi-mədəni abidənin divarının zədələnməsi vandallıq aktı kimi qiymətləndirilir.






Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO
Bakı-Sumqayıt yolunda maşınlara daş atanlar KİMDİR? - VİDEO
Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi - Saxlanılanlar var - FOTO












