Nizami rayonunda lift problemi: Sakinlər çətin vəziyyətdə qalıblar

Bakı şəhərinin Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 32 ünvanında yerləşən doqquzmərtəbəli binada liftin tez-tez sıradan çıxması sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sakinlərin verdiyi məlumata görə, sözügedən binada lift vaxtaşırı xarab olur və bu səbəbdən insanlar köməksiz vəziyyətdə liftdə qalırlar.
Onlar qeyd edirlər ki, dekabrın 26-da lift yenidən sıradan çıxıb. Sakinlər aidiyyəti quruma müraciət ünvanlayaraq nasazlığın aradan qaldırılmasını xahiş ediblər. Lakin onlara təmir işlərinin yalnız bayramdan sonra həyata keçirilə biləcəyi söylənilib.
Sakinlər deyirlər ki, binada yaşlı, xəstə insanlar, körpə uşaqlar var, liftin işləməsi onlara ciddi problemlər yaradır: "Bir həftə ərzində sakinlərin yuxarı mərtəbələrə piyada qalxıb-düşməsi çox çətindir".
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərmişik.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












