Novruz bayramı günü bibisinin oğlunu ÖLDÜRDÜ

Bu ilin mart ayında bibisi oğlu - 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub.
Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib.
Hadisə Novruz bayramı günü Saatlı rayonunun Fətəlikənd kəndində baş verib. Araşdırmalar zamanı məlum olub ki, həmin gün Rövşən və Rizvanın böyük qardaşı Ərşad arasında kafenin qarşısında münaqişə olub. Bu zaman Rizvan onlara müdaxilə edərək ayırıb. Qardaşının bibisi oğlu tərəfindən döyülməsini qəbul edə bilməyən R.Söhbətov evdən bıçaq götürərək qisas almaq məqsədilə geri qayıdıb və Rövşənə bir neçə zərbə endirib. R.Abdullayev aldığı xəsarətlərdən ölüb.
Məhkəmədə Rövşənin yaxınları cinayətdə Ərşadın da iştirak etdiyini iddia ediblər.
Hökmə əsasən, 49 yaşlı Rizvan Söhbətov 14 il həbs cəzasına məhkum olunub.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












