NVIDIA videokartı axtaran oğrulara 18 tonluq SÜRPRİZ

Kaliforniyada naməlum şəxslər pilotsuz yük maşınları hazırlayan "PlusAI" şirkətinin iki yarımqoşqusunu oğurlayıblar. Onlar qoşqularda bahalı NVIDIA videokartlarının olduğunu güman ediblər.
Avtosfer.az WIRED-ə istinadən xəbər verir ki, qiymətli yük əvəzinə cinayətkarlar avtonom texnologiyaların sınaqları zamanı ballast kimi istifadə olunan 18 ton qumla qarşılaşıblar.
Polis nəqliyyat vasitələrini həmin gün geri qaytarıb.
Hər iki qoşqunun üzərində "PlusAI" və NVIDIA loqoları olub. Şirkət süni intellekt (Sİ) əsaslı proqram təminatı və avtonom yükdaşıma sahəsində videokart istehsalçısı ilə əməkdaşlıq edir. Hadisədən "PlusAI" rəhbərlərindən birinə gələn gözlənilməz mesajdan sonra xəbər tutublar. Onun tanışı Kaliforniya ştatının Nyuark şəhərində işlədiyi yerin yaxınlığında iki yük maşını gördüyünü yazıb. Halbuki şirkətin məlumatına görə, qoşqular təxminən yarım mil məsafədəki anbarda olmalı idi. Qısa müddət sonra polis əməkdaşları nəqliyyat vasitələrinin geri qaytarılmasına kömək etmək üçün hadisə yerinə gəliblər.
"PlusAI" nümayəndəsinin sözlərinə görə, hər qoşqu tədqiqat və sınaqlar üçün imitasiya edilmiş yüklə təchiz olunub. Cinayətkarlar qoşqulara öz dartıcılarını qoşaraq onları dayanacaqdan çıxarıblar. Onlar qoşquların əllə bağlanmış kilidlərini sındırıblar. Yükü açaraq içərisində qum olduğunu gördükdən sonra nəqliyyat vasitələrini atıblar. Adətən sürücünün yerləşdiyi "PlusAI"nin texnoloji kabinələri isə anbarda qalıb və oğurlanmayıb.
Frimont Polis İdarəsinin nümayəndəsi Emi Cinin sözlərinə görə, araşdırma davam edir və hələlik saxlanılan yoxdur. NVIDIA şərh sorğusuna cavab verməyib. Frimont polisi bildirib ki, cümə axşamı günortadan sonra qumla dolu hər iki qoşqu artıq "PlusAI"yə qaytarılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












