“O yükü maşına vursam, iki yerə bölünərdi” - 600 manat cərimədən narazıdır - FOTO

Yük maşınımın tutumu cəmi 7,5 tondur. Amma Füzuli postunda mənə avtomobilimdə olan yükdən qat-qat artıq - 20 ton yükün olması ilə bağlı cərimə yazılıb. O qədər yükü maşına vursam, iki yerə bölünər”.
Avtosfer.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Bakı sakini Tahir Heydərov müraciət edib.
Onun sözlərinə görə, cərimə ötən il noyabrın 15-i Xocavəndə “Mercedes-Benz Atego” markalı 7,5 tonluq yük avtomobili ilə tikinti materialları daşıyarkən yazılıb: “Qaradağ, Sabirabad və İmişli postlarını keçdim, heç birində problem olmadı, tərəziyə düşmədim. Amma Zəfər yolunun girişində Füzuli postunu keçən kimi mənə “SMSRadar”dan cərimə bildirişi gəldi. Guya 20 ton 60 kq yüküm olub. Maşının boş kütləsi də 6 tondur. Belə çıxır ki, maşınımda 14 ton yük olub. Halbuki maşına o qədər yük vursam, ağırlığa tab gətirə bilməzdi, bu, heç nəzəri cəhətdən də mümkün deyil.
Mənə dedilər ki, yəqin tərəzinin üstündə əyləci basmısan, ona görə elə olub. Məhkəməyə ver, AYNA-ya sorğu veriləndə araşdırılıb silinəcək. Mən də vəkil tutdum, Mingəçevir məhkəməsinə müraciət etdim. Lakin aylardır onlardan da xəbər yoxdur, işə heç kim baxmır”.
Şikayətçi bildirib ki, bu səbəbdən yazılan cərimə sonuncu dəfə etibarnamə verdiyi şəxsin adına gedib: “Aparmadığım yükə görə gələn 600 manat cərimə etibarnamə verdiyim Əhmədov Ramil Oqtay oğlunun adına yazılıb. Hazırda cərimə ödənilmədiyinə görə məbləği də artaraq 900 manat olub. Əgər ödənilməsə, sürücülük vəsiqəsi əlindən alınacaq”.
(3).jpg)
Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Qurumdan ümumi cavab aldıq: “Yol yatağının, yol qurğularının və digər infrastruktur elementlərinin qorunması, yolların istismar müddətinin uzadılması və təhlükəsizlik məqsədilə magistral yollarda elektron tərəzilər quraşdırılıb.
Bu prosesə nəzarətin artırılması nəticəsində normadan artıq yüklənən nəqliyyat vasitələri, demək olar ki, yollarda hərəkət etmir, bununla da yol səthi mühafizə olunur. Yazılan cərimələr isə tərəzidən keçən yük nəqliyyat vasitələrinin sayının çox kiçik bir hissəsini təşkil edir. Belə ki, magistral yollarda quraşdırılan tərəzilərdən gün ərzində ortalama 13.000-dən çox yük nəqliyyat vasitəsi keçir. Onlardan 1%-dən də az bir qismi cərimələnir.
Qeyd edək ki, sürücü davranışları da elektron tərəzilərin ölçmə dəqiqliyinə təsir edir. Belə ki, tərəzi üzərində tormozlama, sürətlənmə, qəfil sükan çevirmə və ya manevretmə, yükün düzgün yerləşdirilməməsi, bərkidilməməsi kimi amilləri ölçmə dəqiqliyinə təsir edir və nəticə etibarilə cərimələnməyə səbəb ola bilir”.
Məlumat üçün bildirək ki, tərəzilərlə bağlı cərimələr AYNA nümayəndələrinin təqdim etdiyi məlumat əsasında DYP tərəfindən tərtib edilir. Əgər tərəzi məlumatlarında yanlışlıq olubsa, bu, AYNA tərəfindən aradan qaldırılmalı və yol polisinə məlumat verilməlidir. Yalnız bundan sonra yazılmış cəriməyə yenidən baxmaq mümkündür.

Zaqatalada güclü külək FƏSADLAR YARATDI: Aşman ağaclar avtomobil yolunu bağladı - FOTOLAR
Xanım sərnişin taksidə siqaret çəkmək istədi – Sürücü... - VİDEO
Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi
“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO
Mərdəkanda dənizdə 4 nəfər batdı; 3-nün meyiti tapıldı - YENİLƏNİB
“Dərnəgül”də təhlükəli anlar: Piyada az qala avtobusun altında qalırdı - VİDEO
Bilgəhdə hərəkətdə olan avtomobil qəfil alovlandı - VİDEO
Keçiddən keçməyən piyada qəzaya səbəb oldu - REAL VİDEO
Maşınların şüşəsini qırıb oğurluq edən şəxs SAXLANILDI - FOTO - VİDEO
Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO
Maşına minmək istəyirdi, ilanla qarşılaşdı - VİDEO










