Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb - Azərbaycan XİN

Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə Azərbaycana yola salınacaq. "Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!",- məlumatda bildirilib.
Xatırladaq ki, iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin Okean Maritime şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub. Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülürdü. İyulun 15-də gəminin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən Vətənə yola salınıb.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












