Oğrular mürəbbə yeyib evi yandırdılar - FOTO

Bu gün səhər saatlarında Lənkəranda ikimərtəbəli yaşayış evində yanğın hadisəsi baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Göyşaban kəndində kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus 2 mərtəbəli, 8 otaqlı evdə qeydə alınıb.
Hadisə yerinə FHN-in Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.
Ev sahibi bildirib ki, yanğın baş verən vaxt ailə üzvləri Bakı şəhərində olublar. Evə baxış zamanı bəzi əşyaların yoxa çıxdığı müəyyən edilib. Onun iddiasına görə, evə təxminən 30 min manatlıq maddi ziyan dəyib. Naməlum şəxslər əvvəlcə evə oğurluq məqsədilə daxil olsalar da, mətbəxdə mürəbbə yeyiblər, daha sonra isə evi yandırıblar.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.


![]()
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












