Ölən qadının borclarını 9 yaşlı uşaq ödəyəcək - Məhkəmədən ŞOK QƏRAR

Rusiyanın Tümen vilayətində məhkəmə 9 yaşlı uşaqla bağlı qalmaqallı qərar qəbul edib. Avtosfer.az xəbər verir ki, Kazanski rayon məhkəməsi üç bankın iddiasını qismən təmin edərək azyaşlı qızın üzərinə vəfat etmiş anasının 171 min rubl borcunu ödəmək öhdəliyi qoyub. Bu məbləğ uşağa anasından qalan bütün mirasın dəyərinə bərabərdir.
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Məlumata görə, uşağın anası 2023–2024-cü illər ərzində müxtəlif banklardan ümumilikdə 370 min rubl məbləğində kredit götürüb. Lakin 2024-cü ilin dekabrında qadının qəfil vəfatı səbəbindən borclar tam ödənilməmiş qalıb.
İlkin olaraq banklar iddianı vəfat edən qadının valideynlərinə qarşı qaldırsalar da, onlar varislikdən nəvələrinin xeyrinə imtina etdiklərini bildirərək borcu tanımaqdan imtina ediblər. Qızın atası (anası ilə nikahda olmayan) isə məhkəmədə borcu yalnız mirasın dəyəri həcmində tanıdığını bildirib.
Ümumi borc 365 min rubl olsa da, Rusiya qanunvericiliyinə görə varislər borcları yalnız onlara çatan mirasın dəyəri həcmində ödəməyə borcludurlar. Beləliklə, 9 yaşlı qızın anasından qalan bütün mirası banklar tərəfindən müsadirə olunacaq.
Namiq Musayev
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












