Ölümə görə kompensasiya qalmaqalı: "T.T.Ş-İnşaat" MMC niyə ödəniş etmir? - VİDEO

Vətəndaş Qadir Ağayev Baku TV-yə müraciətində bildirib ki, atası "T.T.Ş-İnşaat" MMC və "Qayıdış" şirkətində çalışıb və bədbəxt hadisə nəticəsində ölüb. O iddia edib ki, atası iş zamanı xəsarət aldığından həyatını itirib. Valideyninin ölümündən sonra şirkət rəhbərliyi mərhuma ödənilməli olan əməkhaqqının təqdim edilməsi üçün Qadir Ağayevdən vərəsəlik sənədi istəyib. Q.Ağayev bildirir ki, sözügedən sənədi təqdim etsə də, şirkət ödəniş etməkdən yayınıb. Məsələ ilə bağlı şirkətin hüquqşünası Asif Məmmədov bildirib ki, işçi işə çıxmadığı müddətdə belə ona bir il bir ay ərzində ödəniş edilib. Onun sözlərinə görə, həmin şəxs yaşadığı evdə insult keçirərək vəfat edib. Asif Məmmədov qeyd edib ki, Qadir Ağayevə vərəsəlik sənədləri rəsmi qaydada təqdim olunarsa, qanunvericiliyə uyğun şəkildə əməkhaqqının üç misli həcmində müavinət ödəniləcəyi bildirilsə də, sənədlər quruma verilməyib.
Bəs belə olan halda həlak olan şəxsin ailə üzvü hansı kompensasiya hüququna malikdir?
Hüquqşünas Şamil Paşayev vurğulayıb ki, mərhumun varisinin şikayət vermək hüququ var. Əgər tərəflər arasında münasibətlər əmək münasibəti deyil, xidməti və ya mülki müqavilə əsasında qurulubsa, bu halda hər hansı əməkhaqqı və ya təzminatın ödənilməsi mümkün deyil. Hüquqşünas əlavə edib ki, əgər varis vəfat edən atasının maaşının təklif olunan məbləğdən daha yüksək olduğunu iddia edirsə, bu məsələ ilə bağlı məhkəməyə müraciət ünvanlaya bilər. Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, məsələ hazırda araşdırılır.
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












