Ona irad bildirən qadını itələyib qaçdı, həbs olundu

Bakıda qadına qarşı xuliqanlıq hərəkətləri etmiş moped sürücüsü həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində - metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.
Şəhla Əliyeva (adlar şərtidir) polisə müraciət edərək tanımadığı moped sürücüsünün küçədə ona qarşı xuliqanlıq hərəkətləri etdiyini bildirib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Masallı rayon sakini 2004-cü il təvəllüdlü Rasim Ələkbərovdur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Moped sürücüsünün sözlərinə görə, dar küçədən keçərkən qarşılaşdığı xanım piyada ona irad bildirib. Bu zaman aralarında münaqişə baş verib və o, qadını itələyərək qaçıb. Hadisə zamanı moped xarab olduğundan R.Ələkbərov nəqliyyat vasitəsini elə oradaca qoyaraq uzaqlaşıb.
Barəsində inzibati protokol tərtib edilən 21 yaşlı oğlan Nəsimi Rayon Məhkəməsinə göndərilib və müvafiq qərarla 10 sutkalıq inzibati həbs edilib.
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO












