Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs hakim qarşısına çıxarıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə kirayədə yaşadığı şəxsi 16 bıçaq zərbəsi ilə öldürməyə cəhd etməkdə təqsirləndirilən İbrahim Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası baş tutub.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Təqsirləndirilən İbrahim Əliyev ailə qayğıları səbəbindən Bakıya gəldiyini deyib:
"Cəfər mənim otaq yoldaşım idi. Hadisə kirayə tutacağım evə getdiyim ilk gün baş verib. Mübahisəyə səbəb onun idman əşyalarını yatağımın yanından asması oldu. Ondan həmin əşyaları yığışdırmağını istədim. O mənə çox kobud tərzdə cavab verdi. Ev sahibini çağırıb pulu və şəxsiyyət vəsiqəsini ona vermək istədim. Cəfər elə bildi ki, baş verən hadisəni ona deyəcəyəm, halbuki belə bir niyyətim yox idi. Telefonumda sosial şəbəkə hesablarıma baxırdım, musiqi dinləyirdim. Cəfər musiqinin səsini kəsməyimi tələb elədi, baxmayaraq ki, mən az səslə dinləyirdim. Sanki mənimlə dalaşmağa bəhanə axtarırmış kimi qışqırıb üzərimə gəlməyə başladı. Sonra əl atıb məni yumruqladı. Bıçağı əlimə götürdüm ki, onu qorxudum. Boyun nahiyəsindən iki dəfə vurdum. Səhər gedib polisə təslim olmuşam".
Daha sonra istintaq dövründə tərəflər arasında barışıq əldə olunduğu və təqsirləndirilənin törətdiyi əməldən peşman olduğu bildirilib.
Zərərçəkmiş Cəfər Vəliyev ifadəsində özünün təqsirləndiriləni vurduğunu etiraf edib:
"Məni bıçaqla vurduğunu əvvəl bilməmişəm, köynəyimi qanlı görəndə vurulduğumu hiss elədim. Şikayət tələbim yoxdur".
Növbəti prosesin vaxtı barədə məlumat veriləcəyi bildirilib.
Xatırladaq ki, İbrahim Əliyev kirayədə birlikdə yaşadığı otaq yoldaşı Cəfər Vəliyevə aralarında yaranan mübahisə nəticəsində 16 bıçaq zərbəsi endirib.
Ona qarşı AR Cinayət Məcəlləsinin 29.120-ci maddəsi üzrə cinayət işi açılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












