Pakistanda qatarda girov götürülən 155-ə yaxın sərnişin azad edildi - YENİLƏNİB

Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində qatarda girov saxlanılan 155-yə yaxın sərnişini azad edib.
Avtosfer.az Geo TV-yə istinadən xəbər verir ki, qatarda təxminən 450 sərnişin olub. Onlar "Bəlucistan Azadlıq Ordusu"nun yaraqlıları tərəfindən girov saxlanılıblar.
Əməliyyat tədbirləri zamanı sərnişinləri girov saxlayan 27 yaraqlı zərərsizləşdirilib.
Xilasetmə əməliyyatının hələ başa çatmadığı bildirilir. Xilas edilən girovlardan bəziləri xəstəxanaya yerləşdirilib. Təxminən on girov silahlılar tərəfindən öldürülüb.
****
Pakistan təhlükəsizlik qüvvələri ekstremist "Bəlucistan Azadlıq Ordusu"nun silahlıları tərəfindən qatarda girov saxlanılan 450 sərnişindən azı 80-ni azad edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.
Məlumata görə, azad edilənlər arasında 11 uşaq və 26 qadın var.
***
Pakistanın Bəlucistan əyalətində silahlılar içərisində 450 nəfərin olduğu sərnişin qatarına atəş açaraq insanları girov götürüblər.
Avtosfer.az bu barədə AFP agentliyinə istinadən xəbər verib.
İlkin məlumata əsasən, qatar Pişəvər şəhərinə hərəkət edirmiş.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












