“Parkovşik” ödənişə görə sürücünü tapanca ilə vurdu – ANBAAN VİDEO

Türkiyənin Samsunun şəhərində fəaliyyət göstərən parkinqdə parklanma haqqı üstündə mübahisə qanlı insidentlə nəticələnib.
Avtosfer.az xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, parkinq sahibi ilə müştəri arasında ödəniş məsələsinə görə gərginlik yaranıb. Qısa müddət ərzində böyüyən sözlü mübahisə əlbəyaxa davaya çevrilib.
Sosial mediada yayılan görüntülərdə tərəflər arasında gərginliyin artdığı, bu zaman işlədiricinin üzərindəki silahın atəş aldığı görünür. Məlumata görə, hadisə zamanı silahdan atəş açılıb və müştəri sağ əlindən yaralanıb. Hadisə anı isə ətrafdakı vətəndaşların telefon kameraları ilə lentə alınıb.
Yaralı dərhal xəstəxanaya aparılıb, vəziyyətinin stabil olduğu bildirilir. Polis əməkdaşları isə hadisə yerinə gələrək həm parkinq sahibinə, həm də digər tərəfləri ifadə vermək üçün bölməyə aparıb.
Hazırda insidentlə bağlı araşdırma aparılır.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












