Paytaxt avtobusunda sərnişinin başına su töküldü: Qurumdan açıqlama - FOTO - YENİLƏNİB

Bu gün Bakıda 7A nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin soyutma sisteminin drenaj xəttində texniki nasazlıq yaranıb.
Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, sürücü nasazlıq barədə məlumat aldıqdan sonra avtobusun dövriyyəsini tamamlayaraq sərnişinləri son dayanacağa çatdırıb və nəqliyyat vasitəsini texniki baxış və təmir üçün depoya təhvil verib:
"Hazırda nasazlığın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Sərnişindaşıma xidmətində fasilənin yaranmaması üçün nasaz avtobus operativ şəkildə digər nəqliyyat vasitəsi ilə əvəz olunub".
***
Bakıda 7A nömrəli avtobusun salonunda sərnişinin üzərinə tavandan su axıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a həmin şəxs özü məlumat verib.
Onun sözlərinə görə, Əhmədlidən Bakı Dəmiryol Vağzalına gedərkən avtobusda pəncərə kənarında əyləşib. Sərnişin təxminən bir saat ərzində yolboyu tavandan damcılayan sudan qorunmaq üçün aldığı kitabın paketini başının üzərinə tutub.
Şikayətçi nəticədə saçının və geyiminin islandığını qeyd edib.
Məsələ ilə bağlı müvafiq quruma sorğu ünvanlanıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
















