Paytaxtda güclü külək ağacları avtomobillərin üzərinə aşırdı - VİDEO

Paytaxtın müxtəlif ərazilərində müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisələr iyulun 27-də səhər saatlarında qeydə alınıb.
Belə ki, Nərimanov rayonu ərazisində yol kənarında yerləşən ağac kökündən qoparaq dayanmış vəziyyətdə olan 77-CD-174 dövlət qeydiyyat nişanlı “KIA” markalı avtomobilin üzərinə aşıb. Həmin ərazidə yerləşən yaşayış məhəlləsinin həyətində də daha bir ağac qırılıb. Xoşbəxtlikdən yaxınlıqda avtomobil olmadığı üçün ağac yolun kənarına düşüb və ciddi ziyan qeydə alınmayıb.
Oxşar hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində də baş verib. Güclü küləyin təsirindən nəhəng ağac obyektin qarşısında park edilmiş 77-NJ-308 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin üzərinə aşıb.
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində də əlverişsiz hava şəraiti fəsadsız ötüşməyib. Kökündən qopan ağac yaşayış məhəlləsində park edilmiş 88-BR-298 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin üzərinə düşərək ona ziyan vurub.
Xoşbəxtlikdən hər üç hadisə zamanı avtomobillərdə və ətrafda insanlar olmadığından xəsarət alan olmayıb.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












