Paytaxtda təhlükə saçan mənzərə: İllər öncə çökən yol hələ də bərpa edilməyib - FOTO - VİDEO - YENİLƏNİB

"Nizami rayonunda təhlükəli vəziyyət yaradan yolla bağlı məsələ hazırda nəzarətdə saxlanılır".
Avtosfer.az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Nizami rayon İcra Hakimiyyətindən verilib.
"Qeyd edilən məsələ ilə bağlı tərəfimizdən əvvəlcədən müvafiq tədbirlər görülüb, aidiyyəti qurumların iştirakı ilə müvafiq akt tərtib edilərək əlaqədar qurumlara rəsmi müraciətlər ünvanlanıb", - deyə məlumatda bildirilib.
***
Bakının Nizami rayonunda təhlükəli vəziyyət yaradan yol problemi hələ də həllini tapmayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.
Qeyd olunub ki, 22 oktyabr 2024-cü il tarixində gecə saat 3 radələrində güclü yağış və sel nəticəsində Nizami rayonu, Həsənağa Turabov 4A ünvanında ictimai yolun bir hissəsi uçub.
"Hadisədən uzun müddət keçməsinə baxmayaraq, ərazidə yaranmış təhlükəli vəziyyət aradan qaldırılmayıb. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Nizami Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət olunsa da, problemin həlli istiqamətində nəticə əldə edilməyib. Sözügedən yol həm ictimai nəqliyyatın hərəkəti, həm də ərazidə yaşayan sakinlər üçün ciddi təhlükə yaradır", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.



Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












