Polis blogerin avtomobilindən 103 kq qızıl aşkarladı

Braziliya polisi ölkə tarixində ən böyük qızıl qaçaqmalçılığı əməliyyatını həyata keçirib.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, dəbdəbəli həyat tərzi ilə tanınan sosial media simalarından Suzy Alencarın avtomobilindən 103 kiloqram qızıl zibil aşkarlanıb. Qızılın hazırkı bazar dəyəri təxminən 11 milyon dollar qiymətləndirilir.
Belə ki, Suzy Alencar və əri Bruno Mendes de Jesus işıqforun qırmızı işığında polis tərəfindən saxlanılıb. İlkin axtarış zamanı avtomobildə az miqdarda qızıl aşkar edilib. Bununla belə, polis avtomobilin digər bölmələrdə gizlədilmiş çoxsaylı qızıl külçələri aşkar edib.
Braziliyanın Federal Yol Polisi (PRF) bu əməliyyatın ölkə tarixində ən böyük qızıl müsadirəsi olduğunu bildirib. 30 yaşlı Bruno hadisə yerində həbs edilib və polisə ifadə verməkdən imtina edib. Suzy Alencar qısa müddətə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Ona ittiham irəli sürülməyib.
Polis ələ keçirilən qızılların mənbəyini və cinayətkar təşkilatlarla mümkün əlaqələrini araşdırır.
Suzy Alencar sosial mediada analıq, moda və gündəlik həyat haqqında videolar paylaşaraq böyük bir izləyici kütləsinə sahibdir.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












