Polis sərxoş azərbaycanlı sürücünü deportasiya etmək istədi, məhkəmə MANE OLDU

Qazaxıstanın kassasiya məhkəməsi Azərbaycan vətəndaşının deportasiyası işi ilə bağlı qərar verib.
Avtosfer.az xəbər verir ki, polis Q. adlı Azərbaycan vətəndaşının dəfələrlə qayda pozduğunu, sərxoş vəziyyətdə maşın sürdüyünü və narkotik vasitələrdən istifadə etdiyini əsas gətirərək deportasiya edilməsi üçün məhkəməyə mçüraciət edib.
Birinci instansiya məhkəməsi polisin iddiasını təmin etdiyi üçün azərbaycanlı qərardan kassasiya şikayəti verib.
Kassasiya məhkəməsi Azərbaycan vətəndaşının xeyrinə qərar çıxarıb. Qərarda göstərilir ki, deportasiya üçün başqa şərtlər də nəzərə alınmalıdır. İstintaq materiallarında göstərilir ki, təqsirləndirilən şəxs Qazaxıstanda qanuni şəkildə yaşayır və biznes fəaliyyəti ilə məşğuldur. O, ticarət-sənaye kompleksi inşa etdirir, ən əsası isə 2030-cu ilədək dövlətə torpaq sahəsinə görə 14 milyon təngə ödəməlidir.
Məhkəmə həmçinin, şahidlərin təqsirləndirilən şəxs barədə müsbət rəylərini nəzərə alaraq kassasiya şikayətini təmin edib və Azərbaycan vətəndaşının ölkədə qalmasına icazə verib.
Vüqar
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












