Praqa hava limanından AZAL-ın reysi ilə bağlı insidentə MÜNASİBƏT - YENİLƏNİB

Yanvarın 5-də Praqa aeroportunda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıya uçuş həyata keçirən reysi ilə bağlı yaranmış insident təhlükəsizlik orqanlarının yurisdiksiyasındadır və Çexiya polisinin səlahiyyətlərinə daxildir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Praqa hava limanından bildirilib.
Qeyd edilib ki, Praqa hava limanı Praqa-Bakı reysində baş vermiş hadisə və ya bu işdə iştirak edən şəxslərlə bağlı əlavə məlumat vermək imkanında deyil:
"Məsələ təhlükəsizlik orqanları tərəfindən araşdırılıb və Çexiya polisi tərəfindən səlahiyyəti çərçivəsində icra olunur".
***12:23
Azərbaycan Hava Yollarının (AZAL) Praqa-Bakı reysini həyata keçirməli olan təyyarəsinin trapında sərnişinlərin narahatlığına səbəb olacaq insident yaşanıb.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, yanvarın 5-də baş verən hadisə ilə bağlı Praqada yaşayan azərbaycanlı öz sosial hesabında məlumat verib.
O qeyd edib ki, bir nəfər gözləmə zalından qeydiyyatdan keçmədən, qanunsuz şəkildə hava gəmisinə keçməyə cəhd göstərib. Onu saxlamaq üçün aeroportun təhlükəsizlik xidməti, polis əməkdaşları, qaramaskalı şəxslər, xüsusi təlim görmüş itlər cəlb olunublar və həmin şəxs zərərsizləşdirilib. Təhlükəsizlik xidməti əraziyə gələnə kimi həmin şəxslə əlbəyaxa olan təyyarə bələdçisi ona təyyarəyə keçməyə imkan verməyib.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat Xidməti faktı təsdiqləyib.
Qeyd olunub ki, ötən gün Praqa hava limanında Praqa-Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb.
"Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri "Azərbaycan Hava Yolları" aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb.
Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










